Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Həyat yoldaşım deyir ki, telefonla çox danışırsan" - Vasif Məhərrəmli

Tarix: 18 Avqust 2020 18:05

"Çətin günlərd əd olsa, yay bitir. Nə etmək olar... Hər şeylə barışmaq lazımdır. Ümid edirəm payızda bizi daha gözəl günlər gözləyir. Yəqin toylu günlərimiz başlayar".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Gündən-günə" verilişində deyib. Müğənni karantin günlərindən söz açıb.

Vasif daha sonra telefondan bəhs edib. O, aparıcının "Telefona parol qoymaq ailə üzvlərinin bilməməsi üçündür" sözlərinə belə reaksiya verib: 

"Telefon parolu özünə məxsusdur, bilməməlidir. Tək kimdənsə nəyisə gizlətmək üçün deyil, həm də əlin dəyib kiməsə zəng getməməsi üçündür. İki telefonum var idi. Hazırda nömrə ilə birlikdə qızıma verdim. Onlayn dərslər keçilirdi deyə, verdik ona. Ona ancaq balaca telefon alıb veririk ki, dərsdən yayınmasın.

Hərdən telefonla çox danışıram. Hətta həyat yoldaşın da deyir ki, nə çox danışırsan. Ürəyinə yaxın adamdırsa, onla çox danışırsan. Nə edim, gündə 200-300 zəngə cavab verirsən".

Milli.Az


Etiketlər:  Həyat yoldaşım deyir ki telefonla çox danışırsan Vasif Məhərrəmli


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ