Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona'' prezidentindən Kumanla bağlı açıqlama

''Barselona'' prezidentindən Kumanla bağlı açıqlama

Tarix: 18 Avqust 2020 23:16

"Barselona"nın prezidenti Xosep Bartomeu Ronald Kumanı baş məşqçi vəsifəsinə gətirmək istədiklərini təsdiqləyib.

Qol.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, o, işlər yolunda gedərsə, 57 yaşlı mütəxəssislə rəsmi müqavilə imzalayacaqlarını bildirib:

"Bütün kütləvi informasiya vasitələri bu haqda yazır. Hər şey istənilən kimi olsa, Kuman "Barselona"nın baş məşqçisi olacaq və biz bunu rəsmi şəkildə elan edəcəyik. Kumanı çox yaxşı tanıdığımız üçün ona etimad göstəririk".

Qeyd edək ki, "Barselona" Çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya uduzaraq (2:8) mübarizəni dayandırdıqdan sonra Kike Setyeni istefaya göndərib.

 


Etiketlər:  Barselona prezidentindən Kumanla bağlı açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ