Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Roma''nın qapıçısında da koronavirus aşkarlandı

''Roma''nın qapıçısında da koronavirus aşkarlandı

Tarix: 19 Avqust 2020 19:08

"Roma"nın qapıçısı Antonio Mirante koronavirusa yoluxub.

Qol.az xəbər verir ki, bu barədə 37 yaşlı qolkiper özünün "İnstaqram" hesabında yazıb. O, hazırda karantində olduğunu və özünü yaxşı hiss etdiyini bildirib. Mirante tez bir zamanda komanda yoldaşları ilə məşqlərə başlayacağına ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, italiyalı qapıçı 2017-ci ildə "Bolonya"dan "Roma"ya transfer olunub. O, 2019/2020 mövsümündə A seriyasında 5 matçda 5  qol buraxıb.

Xatırladaq ki, bundan əvvəl "Roma"nın U-19 komandasının iki futbolçusu koronavirusa yoluxduğu məlum olub.

 


Etiketlər:  Romanın qapıçısında koronavirus aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ