Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2020 07:06
Avqustun 19-da UEFA Çempionlar Liqasının ikinci yarımfinal oyunu keçirilib.
Sonxeber.net xəbər verir ki, həlledici oyuna sonuncu vəsiqə uğrunda Almaniyanın "Bavariya" klubu Fransanın "Lion" komandasını ilə qarşılaşıb.
Portuqaliyanın paytaxtı Lissabondakı "Eştadiu Joze Alvalade" stadionunda keçirilən görüş "Bavariya" klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda münxenlilərin heyətində Serj Qnabri (2) və Robert Levandovski fərqləniblər.
Beləliklə, "Bavariya" qitənin ən nüfuzlu klub turnirinin həlledici görüşündə Almaniyanın "Leypsiq" klubunu 3:0 hesabı ilə məğlub edən Fransanın PSJ komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, "Bavariya" tarixində 11-ci dəfə UEFA Çempionlar Liqasının finalına vəsiqə qazanıb və onlardan beşində qalib qəlib.
Çempionlar Liqası
Yarımfinal
19 avqust
23:00. "Lion" (Fransa) - "Bavariya" (Almaniya) - 0:3
Qol: Qnabri, 18, 33, Levandovski, 88
Baş hakim: Antonio Mateu Lahos (İspaniya)
Lissabon. "Joze Alvalade" stadionu