Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Üçüncü cəhd – ikisində mərhələni “Qarabağ” keçib

Üçüncü cəhd – ikisində mərhələni “Qarabağ” keçib

Tarix: 20 Avqust 2020 07:26

Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində "Şerif"lə qarşılaşacaq "Qarabağ" avrokuboklar tarixində 3-cü dəfə Moldova klubuna rəqib olacaq.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bu komandalar indiyədək 2 dəfə üz-üzə gəliblər.

İlk duel 2017/18 mövsümündə Çempionlar Liqasının III təsnifat mərhələsinə təsadüf edib. 2017-ci il iyulun 25-də Bakıdakı qolsuz bərabərliyin revanşında Azərbaycan təmsilçisi avqustun 1-də Tiraspolda 2:1 hesablı qələbəyə sevinib. Həmin mövsüm "Qarabağ" tarixində ilk dəfə ÇL-in qrup mərhələsində iştirak hüququ qazanıbsa, "Şerif" Avropa Liqasının qrupunda mübarizə aparıb.

2018/19 mövsümündə isə Avropa Liqasının pley-offunda bu komandalar qarşılaşıblar. Çempionlar Liqasında məğlub olaraq ikinci dərəcəli turnirə düşən tərəflərin duelindən bu dəfə də "Qarabağ" üstün ayrılıb. 2018-ci il avqustun 23-də "Şerif" stadionunda ev sahibləri 1:0 hesablı qələbə qazanıb. Lakin həmin ayın 30-da Tofiq Bəhramov adına Respublika stadionunda ağdamlılar bunun əvəzini artıqlaması ilə çıxıblar. "Qarabağ"ın 3 cavabsız qolla qalib gəldiyi matçdakı topların müəllifləri olan Maksim Medvedev, Vild-Donald Gerye və Filip Ozobiç hazırda da komandanın heyətində yer alırlar. Həmin qələbə ilə "Qarabağ" turnirin qrupuna adlayıb.

Qeyd edək ki, bu dəfə cütün qalibini bir oyun müəyyən edəcək. Avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 20:00-da başlayacaq.


Etiketlər:  Üçüncü cəhd ikisində mərhələni Qarabağ keçib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ