Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2020 08:28
Apple şirkəti dəfələrlə cinayətkarların iPhone-larını hack etməkdən imtina edərək ABŞ hökuməti ilə münaqişələr yaşayıb. Lakin məlum olub ki, şirkət bir vaxtlar ABŞ hökuməti ilə birlikdə gizli cihaz üzərində də çalışıb. Bu barədə Gagadget saytı xəbər verib. Apple şirkətinin proqram təminatı üzrə keçmiş tərtibatçısı David Shayer casusluq üçün nəzərdə tutulmuş iPod-dan danışıb. Onun sözlərinə əsasən 2005-ci ildə ondan ABŞ-ın energetika nazirliyinin iki mühəndisinə xüsusi iPod modelinin yaradılmasında kömək etməsi xahiş edilib.
Əslində isə həmin iki nəfər şəxs mühəndis deyil, Bechtel şirkətinin əməkdaşları olub. Bechtel şirkəti isə ABŞ-ın ən böyük müdafiə təchizatçısıdır. Sözügedən layihə barəsində Apple şirkətində yalnız 4 nəfər bilirdi. Onların heç biri Apple şirkətində artıq çalışmır və bu məsələ ilə bağlı heç bir sənəd qalmayıb. Təkmilləşdirilmə prosesi üçün 5-ci nəsil iPod modeli seçilmişdi. Belə ki, onun gövdəsi rahat şəkildə açılırdı və o, 60 GB daxili yaddaşa sahib idi. İdeyaya əsasən həmin xüsusi iPod modeli adi player kimi görünməli idi və bununla yanaşı səsyazma özəlliyinə sahib olmalı idi.
Daxili yaddaşa yazılan bu əlavə materillar isə aşkar edilməməli idilər. Bechtel nümayəndələri üçün Apple şirkətinin daxilində xüsusi ofis ayrılmışdı və onlar həmin ofisdə bir neçə ay ərzində iPod-un ilkin əməliyyat sisteminin təkmilləşdirilməsini öyrənirdilər. David Shayer-in özü isə əlavə təchizatları görməsə də, güman edir ki, iPod-dan gizli Geyger sayğacı hazırlayırdılar ki, ondan radioaktiv sübutların yığılması üçün gizli əməliyyatlarda istifadə etsinlər.