Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qəbələ”yə qarşı 20-ci sınaq

“Qəbələ”yə qarşı 20-ci sınaq

Tarix: 20 Avqust 2020 13:44

Bu həftə Azərbaycan Premyer Liqasında 2020/21 mövsümü start götürəcək.  “Zirə” çempionata Qəbələdə səfər matçı ilə başlayacaq.

Qol.az Bakı klubunun saytına istinadən xəbər verir ki, bu, iki komanda arasında Premyer Liqa çərçivəsində 20-ci oyun olacaq. “Qartallar” ilk dəfə 2015-ci ildə qarşılaşdığı rəqiblə çempionatda 19 dəfə üz-üzə gəlib. Bu qarşılaşmalarda 4 qələbəsi olan “Zirə” 8 dəfə meydandan bir xalla ayrılıb. 7 oyunda isə qələbəni rəqib əldə edib. 40 qolun vurulduğu görüşlərdə 16 dəfə fərqlənən futbolçular 24 top buraxıb.

Əvvəlki 19 görüşdə komandanın 11 üzvü qol sevinci yaşayıb. Onlardan beşi rəqib qapısına iki dəfə yol tapıb. Bunlar İlkin Muradov, Sadio Tounkara, Milan Duriç, Nelson Bonilya və Viktor İqbekoyidir. Nelson dubl müəllifi olubsa, digərləri iki fərqli qarşılaşmada qol vurub. “Qəbələ”nin qapısına digər topları isə 6 fərqli oyunçu keçirib.

10-cu dəfə rəqib meydanına yollanacaq komanda 1 dəfə qalib gəlib. Hesabında 4 heç-heçə olan “Zirə” eyni sayda qarşılaşmadan xalsız ayrılıb. Səfərdə 6 qola sevinən komanda qapısında 11 top görüb.

 


Etiketlər:  Qəbələyə qarşı sınaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ