Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2019 11:52
Bakı. Mətanət Nəsibova - Trend:
Azərbaycan alternativ enerji sahəsində Monteneqronun təcrübəsindən yararlana bilər, bu sahənin inkişaf ölkəmiz üçün cəlbedicidir.
Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Bakıda keçirilən Azərbaycan-Monteneqro biznes forumunda deyib.
Nazir bildirib ki, bu sahədə iki ölkə arasında fəallıq müşahidə olunur:
“Ölkələrimiz əməkdaşlıq üçün böyük potensiala malikdir, amma bu potensial tam istifadə olunmur. Biz ticarət, iqtisadiyyat, nəqliyyat və digər sahələrdə ikitərəfli əməkdaşlığı genişləndirməliyik”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin