Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“28 may'' və ''Elmlər Akademiyası” stansiyalarının vestibülləri ödəmə terminallarından istifadə üçün açıq olacaq

“28 may'' və ''Elmlər Akademiyası” stansiyalarının vestibülləri ödəmə terminallarından istifadə üçün açıq olacaq

Tarix: 20 Avqust 2020 21:30

Bakı. Trend:

Sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq 21.08.2020 tarixindən metronun “28 may" və "Elmlər Akademiyası” stansiyalarının vestibülləri səhər pik saatlarında da ödəmə terminallarından istifadə üçün açıq olacaq.

Trend-in məlumatına görə, sərnişinlər saat 06:30-dan saat 12:00-dək “28 may" və "Elmlər Akademiyası” stansiyalarının vestibülündəki ödəmə terminallarından istifadə edə biləcək.

Sərnişinlərdən vestibüllərdə maskadan istifadə etmələrini və sosial məsafəni gözləmələrini xahiş edirik. Tövsiyə edirik ki, “BakıKart”-ın balansını artırmaqla bağlı işlərini planlı qursunlar.

⚠️Əvvəlcədən tədbirli davranış lüzumsuz vaxt itkisinə məruz qalmamaq, eləcə də pandemiya dövründə yolxuma riskini minimuma endirmək baxımından əhəmiyyətlidir.


Etiketlər:  Elmlər Akademiyası stansiyalarının vestibulləri odəmə terminallarından istifadə ucun acıq olacaq


RƏYLƏR