Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2020 21:45
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 20-nə olan statistik göstəriciləri açıqlayıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 174 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 855 802 test aparılıb. Aktiv xəstə sayı 1 738 nəfərdir, onlardan 179 nəfər reanimasiyadadır, 24 nəfər isə süni tənəffüs aparatına qoşulub.