Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aston Martin şirkəti Yeni James Bond filminin gəlişini 007 Edition modelləri ilə qeyd etdi

Aston Martin şirkəti Yeni James Bond filminin gəlişini 007 Edition modelləri ilə qeyd etdi

Tarix: 20 Avqust 2020 22:16

Yeni James Bond filminin gəlişini qeyd etmək istəyən Aston Martin filmə aid iki yeni 007 Edition modelini təqdim etdi. Hər iki avtomobil məhdud sayda istehsal olunacaq və 2021-ci ilin ilk rübündə sahiblərinə təhvil veriləcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, noyabrda ekranlara çıxacaq James Bond: No time to die üçün açıqlama verən Aston Martin şirkəti filmə aid olan iki məhdud buraxılışlı Aston Martin 007 modelindən bəhs edib. Filmdə Aston Martin DB5 və DBS Superleggera modellərini görə biləcəyik. Məhdud sayda istehsal ediləcək xüsusi modellər isə Vantage 007 Edition və DBS Superleggera 007 Edition olacaq.

James Bond xüsusi avtomobillərinin qiyməti açıqlanmasa da, avtomobillər 2021-ci ilin ilk rübündə sahiblərində olacaq.

Milli.Az


Etiketlər:  Aston Martin şirkəti Yeni James Bond filminin gəlişini 007 Edition modelləri ilə qeyd etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ