Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İndoneziya sahillərində zəlzələ qeydə alınıb

İndoneziya sahillərində zəlzələ qeydə alınıb

Tarix: 22 Avqust 2020 08:12

Bakı. Trend:

İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib. Hadisə UTC vaxtı ilə 00:39 (04:39 GMT+4) baş verib.

Məlumata əsasən, zəlzələnin episentri Sumatra adasındakı Benkulu şəhərindən 147 km cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat hazırda verilməyib.


Etiketlər:  İndoneziya sahillərində zəlzələ qeydə alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ