Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2019 16:04
Bakı. Trend:
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışlarının beşinci gününə start verilib.
Trend-in məlumatına görə, Azərbaycan yığmasının üzvü Cavid Çələbiyev Moldova təmsilçisi Dorin Buksa ilə qarşılaşmada 5:0 hesablı qələbə qazanıb. Bununla da təmsilçimiz 1/4 finala yüksəlib.
Qeyd edək ki, C.Çələbiyev 1/4 final döyüşünü iyunun 26-da keçirəcək. C.Çələbiyevə qədər Rüfət Hüseynov (49 kq) və Lorenso Sotomayor (69 kq) da 1/4 finala yüksəlib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin