Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2020 20:36
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 22-nə olan statistik göstəriciləri açıqlayıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 557 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 868 345 test aparılıb. Aktiv xəstə sayı 1 748 nəfərdir, onlardan 179 nəfər reanimasiyadadır, 24 nəfər isə süni tənəffüs aparatına qoşulub.