Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Süd verən analara: Bu qidaları rasiondan çıxarın

Süd verən analara: Bu qidaları rasiondan çıxarın

Tarix: 22 Avqust 2020 23:42

ÜST analara tövsiyə edir ki, ana südü ilə qidalandırmağa doğuşdan sonrakı ilk saat ərzində başlamaq lazımdır. Körpəni ilk 6 ay ana südü ilə qidalandırmaq, 2 yaşına qədər və daha artıq müddətdə ana südü ilə qidalandırmağa davam etmək lazımdır.

ÜST hesab edir ki, ana südü ilə qidalanma körpənin həyatı üçün ən yaxşı başlanğıcdır və həm ana, həm də körpə üçün faydalıdır. Tədqiqatlar ana südü ilə qidalandırmanın ürək-damar və xərçəng kimi qeyri-infeksion xəstəlikləri azalda biləcəyini göstərir. Ana südü körpəni infeksiyalardan, allergiyalardan, müxtəlif xəstəliklərdən qoruyur, zülal və vitamin ehtiyasını təmin edir.

Bəs süd verən analar nələri nəzərə almalıdır? Onlar necə qidalanmalıdır? Süd verən dövrdə hansı qidaları qəbul etmək vacibdir? Nələri yemək olmaz?

Körpələrin, xüsusən 6 ayadək uşaqların sağlam böyüməsində təbii süd, yəni ana südü ilə qidalanma çox önəmlidir. Ana südü körpəni qoruyur, sağaldır, ona müxtəlif məlumatlar ötürür və sevgi ilə əhatə edir.
Bütün zəruri qida maddələrini, vitaminləri və mineralları uşaq ana südü ilə qəbul edir. Buna görə də ananın rasionu kifayət qədər kalorili, rəngarəng, minerallar və vitaminlərlə zəngin olmalıdır. Bu, ananın sağlamlığını qorumaqla yanaşı, laktasiyanı da artırır. Yaxşı olar ki, qəbul edilən kalori yağsız ət, tərəvəzlər, meyvələr, bütöv dənli çörək, yarmalar və ağartı məhsulları hesabına olsun. Ana bilməlidir ki, onun yediyini körpə də yeyir. Ananın qidalandığı yeməklərin dadı südə tam verir.
Lakin bilmək lazımdır ki, əgər ana şiddətli aclıqdan əziyyət çəkmirsə, bu halda bütün anaların südünün keyfiyyəti eynidir. Bu səbəbdən çox qida qəbul etməyin. Ana ac olduğu zaman yeməli, susayanda su içməli və yorulanda dincəlməlidir. Ancaq heç bir şeydə ifrata varmaq olmaz.
Gün ərzində 2 litrdən az olmayaraq maye qəbul edin. Laktasiyanın artması məqsədi ilə şüyüd, razyana, yonca və ya kəklikotulu bitki çayları içmək olar.
Süd verən ana soğan, sarımsaq, şokolad yeməməli və təbii ki, spirtli içkilər, tünd çay və qəhvə içməməlidir. Konservantlar və süni əlavələr qatılmış qidaları, yağlı ət və hisə verilmiş ət məhsullarını, qarında sancı və allergiya olmasın deyə sitrus meyvələri, çiyələk, moruq, bal, qoz, fındıq, qənd, mayonez, üzüm, paxlalı bitkilər və kələmi rasionunuzdan çıxarmaq məsləhətdir.
Xüsusilə doğuşdan sonrakı 3-4 ay ərzində stres yarada biləcək faktorları (gərgin işləri, sizi narahat edən qohumları və dostları, televiziya xəbərlərini) özünüzdən uzaqlaşdırın. Nəzərə alın ki, əsəbilik, gərginlik və narahatlıq süd ifrazını azaldır. Körpəni əmizdirərkən rahatlanın, əsəblərinizi sakitləşdirin. Vaxtınız varsa, yedizdirmədən qabaq 15 dəqiqə dincəlin, uzanaraq mütaliə edin, mahnı dinləyin.


Etiketlər:  Süd verən analara qidaları rasiondan çıxarın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ