Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Həyatımın klubundan ayrılmağa məcburam”

“Həyatımın klubundan ayrılmağa məcburam”

Tarix: 23 Avqust 2020 17:34

"Sevilla"nın futbolçusu Ever Baneqa Avropa Liqasının finalında "İnter"ə qalib gəldikləri oyundan (3:2) sonra açıqlama verib.

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, klubda son oyununu keçirən futbolçu, çempion olduqları oyunla və ayrılığı ilə bağlı danışıb:

"Bu xüsusi an üçün deyə biləcəyim heç bir söz yoxdur. Həyatımın klubundan ayrılmağa məcburam, amma qazandıqlarımdan məmnunam.

Komanda yoldaşlarımın sayəsində burdan titulla və başım dik ayrılıram. Bütün futbolçulara və məşqçilər heyətinə təşəkkür edirəm. Bu xüsusi andan zövq almalıyıq".

2017-ci ildən "Sevilla"da çıxış edən Baneqa, karyerasını "Al-Shabab"da davam etdirəcək.


Etiketlər:  Həyatımın klubundan ayrılmağa məcburam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ