Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Renat Dadaşovun yeni komandası - Rəsmi+Video

Renat Dadaşovun yeni komandası - Rəsmi+Video

Tarix: 23 Avqust 2020 18:54

İngiltərənin “Vulverhempton” klubu millimizin üzvü Renat Dadaşovu icarəyə verib.

Qol.az xəbər verir ki, 21 yaşlı hücumçu İsveçrənin “Qrasshoppers” klubuna keçib. Birinci divizion təmsilçisi Dadaşovla 1 illik icarə müqaviləsi imzalandığını açıqlayıb.

Xatırladaq ki, R. Dadaşov 2019-cu ilin avqustunda keçdiyi "Vulverhempton"la 4 illik müqavilə imzalayıb. Gənc forvard hələ ki, əsas komandada debüt etməyib. Millimizin üzvü 2019/2020 mövsümünün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pakuş de Ferreyra" klubunda keçirib. O, mövsümün ikinci yarısında "Vulverhempton"un U-21 komandasında çıxış edib.






 


Etiketlər:  Renat Dadaşovun yeni komandası RəsmiVideo


RƏYLƏR