Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2020 21:12
Rəqibləri arasında ən böyük bazar payına sahib, 200-dən çox ölkədə fəaliyyət göstərən "Coca-Cola" bu nüfuza necə sahib ola bildi?
Dünyanın ən dəyərli üçüncü markasının marketinq strategiyasına hansı taktikalar daxildir?
"Coca-Cola"nın fəaliyyət göstərdiyi hər bir ölkə üçün ayrıca reklam çarxı tərtib etməsi, bir ölkənin mədəniyyəti və adət-ənənələrini nəzərə alması onun istehlakçıları tərəfindən sevilməsinə səbəb olmuşdur.
Sonxeber.net facemark.az-a istinadən bildirir ki, həmçinin "Coca-Cola"nın gündəmdə qalması üçün istifadə etdiyi metodlardan biri sosial şəbəkələrdən istifadədə aktuallığını, gündəmdə görünməyi qoruyub saxlamasıdır. Bunun üçün brend instagramda "gif"lər yaratmışdır ki, bu da instagram istifadəçilərinin zövqlərinə uyğun olmuşdur.
Rəqiblərinin arasında ilk olmasından başqa onun bazarda əhəmiyyətini qoruyub saxlamasında imic üçün etdiyi addımlar da önəmli rol oynayır. Ümumi olaraq "Coca-Cola"nın qlobal uğur əldə etməsinin önəmli səbəbləri aşağıda sadalananlar üçün xüsusi diqqət göstərməsidir:
- Sadəliyə önəm verilməsi: Bildiyimiz kimi brendin əsas sloqanları, çatdırmaq istədiyi mesaj xoşbəxtliyi, zövq almağı və paylaşmağı öz brendlərinin üzərinə hopdurmaq idi. Sadə mesajlar olmasına baxmayaraq brend illərdən bəri öz şüarlarına sadiq qalmış və hər bir təbəqəyə xitab etməyi bacarmışdır.
- Fərdiləşdirmə: Brendin fəaliyyət göstərdiyi hər bir ölkə üçün təqdimatlar xüsusi olaraq yazılır, yerli mədəniyyətlərinə və dillərinə uyğunlaşdırılır, qatıldığı yerin qutularına və şüşələrinə ən populyar adlar yazılır. Bütün bunlar isə onu göstərir ki, "Coca-Cola" brendi lokallaşdırılmış yerləşdirmə strategiyasını qlobal bazara səmərəli tətbiq etməyin mükəmməl bir nümunəsidir.
- İctimailəşdirmə: Sosial media effektiv beynəlxalq marketinq üçün ən sürətli böyüyən vasitələrdən biridir və şirkətlərə vahid platforma vasitəsilə dünya səviyyəsində istehlakçılara çatmaq imkanı verir. Bundan uğurla istifadə edən brend yeni yaranan kompaniyaların ictimailəşməsinə uğurla müvəffəq olmuşdur. Buna misal olaraq, "Wall Street Journal"a görə, Amerika Birləşmiş Ştatlarında başladıqdan bir ay sonra kampaniya haqqında 125 mindən çox yazı var idi.
- Təcrübə: Brend yarandığı dövrdən bəri uğursuz olan kompaniyalarını təcrübə kimi dəyərləndirməyi bacarmışdır. İnsanların şüarında brendin içki deyil, "xoşbəxtlik" satması fikri yeridilmişdir. "Diet Coke" məhsulunun satışa çıxarılarkən xüsusi qablaşdırmada buraxılması da pəhrizə önəm verən istehlakçılarda xüsusi olması hissini yaratmışdır.