Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2020 22:44
Papua-Yeni Qvineya sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.
Məlumata əsasən, zəlzələnin episentri Kokopo şəhərindən 66 km cənub-şərqdə olub. Təkanların ocağı isə 50 km dərinlikdə yerləşib.
Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.