Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2020 22:44
Alphabet-in (Google-un ana şirkəti) CEO-su Sundar Pichai haqqında 8 maraqlı faktı bir araya gətirdik.
- Sundar Pichai 1972-ci il iyunun 10-da Hindistanın Madurai, Tamil Nadu bölgəsində anadan olub.
- Sonxeber.net facemark.az-a istinadən bildirir ki, erkən yaşlarda texnologiya və rəqəmlərlə çox maraqlanıb, xüsusilə telefon nömrələri ilə.
- Universiteti bitirdikdən sonra Stanford Universitetində təqaüdlə təhsil almaq şansı qazanıb.
- İlk dəfə Google Toolbar-da işləməyə başlayıb və daha sonra birbaşa Google axtarış sisteminin inkişafı üçün çalışıb.
- 2008-ci ildə məhsul inkişafı departamentinin vitse-prezidenti olub.
- 2015-ci ildə öncə Google-un və 2019-cu ildən də Alphabet-in CEO-su olur.
- Hər səhər 7-də durur və mütləq The Wall Street Journal və The New York Times oxuyur.
- Hər səhər mütləq çay içir.
Sitat - Milyardlarla insanın istifadə edəcəyi həllər üzərində işləyirik.
Sitat - Lider olaraq yalnız özünün deyil, başqalarının uğurlarına da fokuslanmalısan.