Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2020 10:34
"Bavariya"nın futbolçusu Robert Levandovski Çempionlar Liqasının 2019/2020 mövsümünün ən yaxşı bombardiri olub.
Sonxeber.net qol.az-a istinadən bildirir ki, polşalı hücumçu 11 matçda 15 qol (2-si penaltidən) vurub. O, eyni zamanda 6 qolun ötürməsini verib. Erlinq Holand ("Zalsburq"/"Borussiya" (Dortmund) 10 qolla 2-ci, Serj Qnabri ("Bavariya") 9 qolla 3-cü olub.
Qeyd edək ki, Levandovskinin ÇL-də bir mövsümdə ən çox qol vuran Kriştiano Ronaldonun rekordunu təkrarlamağa (17 qol) 2 qolu çatmayıb.
Əlavə edək ki, "Bavariya" ÇL-in finalında PSJ-yə 1:0 hesabı ilə qalib gəlib. Bununla da Levandovski karyerasında ilk dəfə ÇL-in kubokunu qazanıb.