Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ermənilər digər regionlarda da bu təxribatlara əl ata bilər''

''Ermənilər digər regionlarda da bu təxribatlara əl ata bilər''

Tarix: 26 Avqust 2020 10:36

Avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun təxribat törətmək cəhdinin əsas səbəbi, ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarıdır.

Bunu Milli.Az-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

Politoloq bildirib ki, Azərbaycan düşmənin bu cür təxribatlarına tək Qarabağ istiqamətində yox, digər regionlarda hazır olmalıdır:

"Çoxəsirlik iddialar, görünür, sonsuz xarakter daşıyır və növbəti bu təxribat cəhdi də bunun bariz sübutudur, Goranboy istiqamətində, Tovuz istiqamətində, Qarabağdan uzaq digər regionlarda. Bu nəyin nəticəsidir?! Ermənistan "böyük Ermənistan" xülyası ilə yaşayır. Bu kontekstdə, əlbəttə ki, biz həmişə belə bir təxribatlara hazır olmalıyıq və adekvat cavablarını verməliyik, cavablarını veririk də. Elə Goranboy istiqamətində baş verən təxribatlar onu göstərdi ki, biz nəinki onların cavabını verdik, hətta diversiya-kəşfiyyat qrupunun komandirini əsir götürdük.

Azərbaycan düşmənin bu cür təxribatlarına hər zaman hazırdır, olmalıdır və tək Qarabağ istiqamətində yox, digər regionlarda da ermənilər bu təxribatlara əl ata bilər. Düşünürəm ki, bizim hərbi potensialımız, iradəmiz və bizim son model yüksək texnologiyaya malik olan silahlarımız tam hazır vəziyyətdə olmalıdır". 

Təhməz Təkin
Milli.Az


Etiketlər:  Ermənilər digər regionlarda təxribatlara bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ