Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' yenidən səpələnmişlər səbətində - Çempionlar Liqası

''Qarabağ'' yenidən səpələnmişlər səbətində -   Çempionlar Liqası

Tarix: 27 Avqust 2020 00:34

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Moldova “Şerif”ini məğlub edərək (2:1) turu adlayan “Qarabağ” 3-cü raundda da səpələnmişlər səbətində yer alacaq.

Qol.az xəbər verir ki, buna səbəb Bolqarıstanın "Lüdoqorets" klubunun Danimarka təmsilçisi "Midtülland"a uduzaraq (0:1) ÇL-də mübarizəni dayandırmasıdır.

UEFA reytinqində “Qarabağ”dan irəlidə olan Razqrad təmsilçisinin uduzaraq xal ehtiyatını artıra bilməməsi təmsilçimizin xeyrinə olub. Bununla da püşkatmada güclülər səbətində yer alacaq Ağdam klubunun 3-cü mərhələdə nisbətən asan rəqiblə düşəcəyi bəlli olub.

Qeyd edək ki, Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü avqustun 31-də atılacaq, oyunları isə sentyabrın 15-16-da keçiriləcək.
 


Etiketlər:  Qarabağ yenidən səpələnmişlər səbətində Çempionlar Liqası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ