Tarix: 27 Avqust 2020 00:34
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Moldova “Şerif”ini məğlub edərək (2:1) turu adlayan “Qarabağ” 3-cü raundda da səpələnmişlər səbətində yer alacaq.
Qol.az xəbər verir ki, buna səbəb Bolqarıstanın "Lüdoqorets" klubunun Danimarka təmsilçisi "Midtülland"a uduzaraq (0:1) ÇL-də mübarizəni dayandırmasıdır.
UEFA reytinqində “Qarabağ”dan irəlidə olan Razqrad təmsilçisinin uduzaraq xal ehtiyatını artıra bilməməsi təmsilçimizin xeyrinə olub. Bununla da püşkatmada güclülər səbətində yer alacaq Ağdam klubunun 3-cü mərhələdə nisbətən asan rəqiblə düşəcəyi bəlli olub.
Qeyd edək ki, Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü avqustun 31-də atılacaq, oyunları isə sentyabrın 15-16-da keçiriləcək.