Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Telegram'ın köməyi ilə Instagram foto və videolarınızı iPhone'da saxlayın

Telegram'ın köməyi ilə Instagram foto və videolarınızı iPhone'da saxlayın

Tarix: 27 Avqust 2020 07:44

Tez-tez hər birimizin Iphonedə foto və video yükləməyə ehtiyacımız olur. Xüsusilə bu sosial media menecerləri və blogerlər üçün daha çox lazım olur.  

Müəllif hüquqlarının pozulmasının qarşısını almaq üçün Instagram istifadəçilərə tətbiqi daxilində icazə vermir foto və videoları rahatlıqla yükləyək.

Milli.Az techland.az-a istinadən bildirir ki, Adətən istifadəçilər çalışır fotoları screenshot edərək, videoları isə "Video record" vasitəsi ilə yaddaşda saxlamağa. Bununla yanaşı müxtəlif kənar tətbiqlər mövcuddur ki, onlar vasitəsi ilə də mümkündür. Lakin həmin tətbiqlər təhlükəlidir, çünki istifadəyə icazə vermək üçün sizin Instagram hesabınızla giriş etməyi tələb edir. Bu isə hesabınızın ələ keçirilməsinə səbəb ola bilər.

Bəs rahat yolla foto və videoları necə yaddaşa əlavə etmək olar?  

Bunun üçün bu addımları atın:

1) Instagrama daxil olun, yükləmək istədiyiniz fotonu seçin, onun yanında olan "3 nöqtə"-yə klik edərək fotonun linkini götürün.

2) Telegram mesencerini işə salın. Özünüz ilə olan dialoq pəncərəsini("Seçilmişlər" çatı) bu linki mesaj olaraq yazıb, göndərin

3) Telegram avtomatik olaraq linkdəki foto və ya videonu tanıyır. Bu zaman fotonun üzərinə tıklayın, açılan pəncərədə "bölüşmək" düyməsini seçin. Düyməni seçdikdən sonra "Foto axınında saxlayın" düyməsini seçin və fotonu yaddaşda saxlayın.  

Beləliklə siz fotonu smartfonunuzda rahatlıqla saxlamış oldunuz!

Milli.Az


Etiketlər:  Telegramın köməyi ilə Instagram foto videolarınızı iPhoneda saxlayın


RƏYLƏR