Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2020 11:48
"Şerif" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"a uduzduğu matçda yubiley qolunu vurub.
Qol.az Moldova mətbuatına istinadən xəbər verir ki, Tiraspol təmsilçisi Bakıdakı görüşdə avrokuboklarda 100-cü qoluna imza atıb. Frank Kastanyedonun 78-ci dəqiqədəki qolu komandanın tarixinə düşüb.
Qeyd edək ki, "Qarabağ" "Şerif"ə 2:1 hesabı ilə qalib gələrək ÇL-də 3-cü təsnifat mərhələsinə yüksəlib.