Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2020 18:24
Bakı. Elçin Mehdiyev – Trend:
Koronavirusla bağlı müəllimlər və valideynlər daha çox risk qrupuna daxildir.
Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycanda ümumtəhsil müəssisələrində çalışan müəllimlərin 38 faizini 50 yaşdan yuxarı olan müəllimlər təşkil edir: “Bu müəllimlərin təhlükəsizliyini təmin etmək vacibdir. Bu baxımdan müəllimlər üçün maska taxılmasının məcburi olması daha gözləniləndir”.