Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2019 16:28
2019/20 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Qo.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi "Qəbələ"dən ayrılan futbolçu Bəhlul Mustafazadəni transfer edib. 22 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Qəbələ"nin yetirməsi olan oyunçu karyerası ərzində "Sumqayıt"ın da formasını geyinib. Müstafazadə Azərbaycan yığmasının U-17, U-19 və U-21 komandalarının şərəfini qoruyub. O, son olaraq əsas milli komandaya da dəvət alıb.