Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2020 16:32
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 27-də 45,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,55 dollar/barel azdır.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 45,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,52 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 44,1 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,33 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 44,82 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,68 dollar/barel azdır.