Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2020 18:44
Bakı. Trend:
Fransanın Lion şəhərində naməlum şəxslər inkassator maşınından milyonlarla avro məbləğ oğurlayıb.
Trend-in məlumatından görə, hücum maşının Fransa bankının binasından çıxmasından sonra baş verib.
İki mikroavtobusla inkassator maşınının qarşısını kəsən şəxslər pulları götürəndən sonra maşını yandırıb. İnkassatorlar hadisə zamanı xəsarət almayıb.
Hadisə yerindən uzaqlaşan qarətçilərin avtomobili Lionun cənubunda yanmış vəziyyətdə tapılıb.
Oğurlanan pulun dəqiq məbləği açıqlanmayıb.