Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Valeriyanın oğlu evləndi - FOTO

Valeriyanın oğlu evləndi - FOTO

Tarix: 29 Avqust 2020 08:40

Rusiyanın Xalq artisti, müğənni Valeriyanın kiçik oğlu Arseni Şulqin Liana Volkova ilə ailə həyatı qurub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, banket Moskvanın ən yaxşı məkanlarından birində - "Soho Country Club"da baş tutub.

Sevgililərin ilk rəqsi bəyin anası Valeriyanın ifasının sədaları altında olub.

Gecənin qonaqları arasında Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Xalq artistləri Nikolay Baskov, Dmitri Malikov, Rusiyanın Əməkdar artisti İnna Malikova, müğənnilər JONY, Zivert, Artik & Asti qrupu və digərləri olub.

Qeyd edək ki, Arseni Valeriyanın ikinci həyat yoldaşı, prodüser Aleksandr Şulqindən dünyaya gəlib. Müğənninin bu evlilikdən daha bir qızı və bir oğlu var. Valeriya hazırda prodüser İosif Priqojinlə ailəlidir.

Milli.Az


Etiketlər:  Valeriyanın oğlu evləndi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ