Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hindistanda son sutkada 77,2 min nəfərdə koronavirus aşkarlanıb

Hindistanda son sutkada 77,2 min nəfərdə koronavirus aşkarlanıb

Tarix: 29 Avqust 2020 08:48

Hindistanda son 24 saat ərzində 77,2 min nəfər koronavirusa yoluxub.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin səhiyyə nazirliyi xəbər yayıb.

Bu günədək ölkədə virusa yoluxanların sayı 3,4 milyon nəfərə çatır. Onlardan 63 minə yaxın nəfəri ölüb. Sağalananların sayı təxminən 2,7 milyon nəfər təşkil edir.

Bildirilir ki, virus əsasən məhdud səhiyyə mənbələri olan kənd yerlərində və təcrid olunmuş cəmiyyətlərdə yayılır.

Bir çox mütəxəssis Hindistanda koronavirusun yayılması probleminin əslində daha da geniş olduğunu güman edir və bunu ölkədə kifayət qədər testin keçirilməməyi ilə əlaqələndirir.


Etiketlər:  Hindistanda sutkada nəfərdə koronavirus aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ