Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ölkəyə qripə bənzər xəstəliklərə qarşı vaksinlər gətiriləcək - TƏBİB

Ölkəyə qripə bənzər xəstəliklərə qarşı vaksinlər gətiriləcək - TƏBİB

Tarix: 29 Avqust 2020 11:27

Bakı. Samir Əli -Trend:

Pandemiya bütün dünyada davam edir.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov deyib.

Onun sözlərinə görə, dünyada yoluxma halları artmaqdadır: "Azərbaycandakı vəziyyət idarəolunandır. Bu bizi sevindirir. Sərt karantin rejimi tədricən yumşaldılır. Xalqımızın bu prosesdə kütləvi iştirakı vacibdir. Karantin rejimi yumşaldıqca qorunma tədbirləri daha da sərtləşməlidir. Məhz bu gündəlik həyatımıza qayıtmağımıza yardım edəcək. Qarşıdan soyuqlar gəlir, infeksiyanın artması təhlükəsi var. Qrup və qripə bənzər infeksiyalar arta bilər. Bununla bağlı dövlət tərəfindən tədbirlər görülür. Ölkəyə qripə bənzər xəstəliklərə qarşı vaksinlər gətiriləcək. Bununla bağlı işlər görülür.

Hesab edirik ki, tədris mövsümündə də qaydalara riayət olunmalıdır. Bu halda biz virusun yayılmasının qarşısını ala bilərik"


Etiketlər:  Ölkəyə qripə bənzər xəstəliklərə qarşı vaksinlər gətiriləcək TƏBİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ