Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Payızda koronavirusa yoluxmamaq üçün BUNLARI EDİN - Orqanizmi virusdan qoruyan QAYDA

Payızda koronavirusa yoluxmamaq üçün BUNLARI EDİN - Orqanizmi virusdan qoruyan QAYDA

Tarix: 29 Avqust 2020 13:54

Pandemiya ilə əlaqədar ölkədə dəniz mövsümü avqustun 5-dən sonra açılmasına baxmayaraq hava durumu çimərlik üçün əlverişli olmadı. Bu səbəbdən payız aylarında respirator infeksiyaların baş qaldırdığı bir vaxtda insanlar "D" vitamini çatışmazlığının əziyyətini çəkə bilərlər.

Bəs dəniz mövsümündə əldə edilməyən "D" vitamini təminatını necə, hansı üsullarla təmin etmək mümkün olar?

Bununla bağlı dietoloq Tutu Zeynalova Milli.Az-a açıqlama verib:

"D" vitamini təminatı son günlərin müzakirə olunan vacib problemlərindən biridir. Bununla bağlı bir çox elmi çalışmalar da aparıldı və müəyyən oldu ki, "D" vitamini aşağı olan insanlarda koronavirusdan ağırlaşma riski 70%-in üzərindədir. Bu çox ciddi bir rəqəmdir. Gördük ki, COVİD-i evdə yüngül keçirən insalarda kənardan əlavə "D" vitamini verildiyi zaman simptomlar xeyli azaldı, onlar daha tez sağaldı, nəinki, "D" vitamini" verilməyən insanlar. Amma tək koronavirus deyil, bir çox xəstəliklərin proqressivləşməsində, artmasında xərçəng, ürək damar xəstəlikləri, şəkərli diabet, piylənmə xəstəliklərinin də artmasının səbəbini biz araşdırdıqda görürük ki, burada "D" vitamini əskikliyi çox ciddi rol oynayr. İndi gələk əsas məsələyə...

"D" vitamini necə qəbul edilməlidir?

"D" vitmaini günəş şüaları altında bədənimizə sintez olunan bir vitamindir və qidalardan təəssüf ki, onu yetəricə ala bilmirik. Müəyyən miqdarda yumurtadan, süd və süd məhsullarından, yağlı balıqlardan orqanizmimizə "D" vitamini ehtiyacımızı ödəyirik, amma çox az miqdarda. O ki qaldı günəşlənməyə, hətta günəşlənməni belə düzgün etmirik. Bəzi insanlar gəlir ki, "Doktor, mən günəşlənmişəm, amma "D" vitminim yenə aşağıdır". Bu niyə baş verir? 

Burada incəliklər var ki, bunlar nə üçünsə danışılmır, insanlar bu haqda məlumatsızdır

Günəşlənmənin saatları var. Saat 11 ilə 13:30 arası günəşlənmək lazımdır. Bu saatlarda da günəş şüası çox olduğu üçün, günəş daha yandırıcı olduğu üçün insanlar günəşqoruyucu kremlərdən istifadə edirlər. Bu kremlərin istifadəsi, daha sonra sabunlanmaq, kisələnmək, isti su ilə yaxalanmaq da "D" vitmanini sintezinə mane olur. Biz nəzərə alsaq ki, mütləq günəşqoruyucu kremdən istifadə edirik və dərhal girib sabunlanıb, duş alırıq. Bu zaman orqanizm yetəri qədər "D" vitamini sintez edə bilmir və nəticədə yenə analiz verəndə görürük ki, "D" vitamini aşağıdır. Ən yaxşı yolu, "D" vitaminini kənardan (preparat formasında) qəbul etməkdir. Amma qəbulu zamanı da səhvlər edirik. "D" vitamini yağda əriyən vitamindir və buna görə də yağlı yeməkdən sonra qəbul olunması tövsiyə olunur. Onu günün birinci yarısı, yaxşı olar ki, səhər yeməyindən sonra qəbul edələr. Əgər qan analizlərinə baxılırsa və ciddi əksiklik varsa, o zaman biz onu yüklənmə dozasında məsləhət görürük. Hər həftənin eyni günü 8 həftə 50 min vahid qəbul edilməlidir. Biz xəstəliklərdə qorunmaq, sağlam olmaq istəyiriksə "D" vitamininin orqanizmdə optimal səviyyəsini 50 minin üstündə tutmalıyıq. Daha sonra keçirik günlük dozaya.

Daha bir məqam...

Aparılan elmi çalışmalar göstərir ki, əgər "D" vitamini qəbul edirsinzisə, mütləq maqnezium da qəbul edin. Maqneziumun xüsusi qida əlavələri var, onu da qəbul etmək lazımdır. Çünki əks halda biz depoları yetərincə doldura bilmirik. Bu gün təbii qidalarda da, tam orqanik qidalarda da, torpaqlarda da maqnezium səviyyəsi aşağı düşdükcə orqanizm maqnezium riski yaşayır ki, bu da həm "D" vitamini, həm də bir çox vitamin və mineralların mənimsənilməsinə mane olur. Bilirsiniz ki, bizim qidalardan aldığımız vitaminlərin mənimsənilməsi də olduqca vacibdir. Ona görə də, maqnezium bu mineralların vaciblərindən biridir. Çünki orqanizmdə 600-dən çox prosesdə iştirak edir. Buna görə də gəlin belə sıralayaq: günəşlənək, günəşləniriksə hər gün 20 dəqiqədən az olmamaq şərti ilə, günəşqoruyucusuz və dərhal sonra sabunlanmamaq, isti su ilə yaxalanmamaq şərti ilə. Günəşlənə bilmiriksə kənardan "D" vitmani qəbul edək, səhər saatlarında yeməkdən sonra qəbul edək və yanaşı olaraq maqnezium qəbul edək. Bu zaman orqanizmin "D" vitaminini depolamış olacağıq. Nəticədə payız, qış aylarında əgər koronavirusun ikinci dalğası baş verərsə, ümumiyyətlə digər infeksiyalara, xəstəliklərə qarşı da daha güclü orqanizmə sahib ola bilərik. 

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Payızda koronavirusa yoluxmamaq üçün BUNLARI EDİN Orqanizmi virusdan qoruyan QAYDA


RƏYLƏR