Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2020 14:04
UEFA Superkuboku uğrunda oyunun keçirilməsi təhlükə altına düşüb.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, buna səbəb koronavirus pandemiyasıdır.
Sentyabrın 24-də keçirilməli olan matçın təşkilinə Macarıstanda tətbiq edilən məhdudiyyətlər əngəl törədə bilər. Çünki sentyabrın 1-dən ölkəyə girişə də məhdudiyyət qoyulacaq.
Bu da Budapeştdə təşkil olunması gözlənilən "Bavariya" - "Sevilya" matçına maneçilik törədir. UEFA bu oyunun tamaşaçılarla keçirilməsini planlaşdırırdı.