Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Netflix TikTok-u satın almaqdan imtina etdi

Netflix TikTok-u satın almaqdan imtina etdi

Tarix: 29 Avqust 2020 20:44

Populyar xidmət çarəsiz vəziyyətdədir.

Mətbuatda yayılmış məlumatlara görə, TikTok sosial şəbəkə nümayəndələri şirkətin satış sövdələşməsi ilə bağlı Netflix-lə əlaqə qurublar. Lakin populyar film və serial axını xidməti qısa videolar üçün tətbiqi almağa maraq göstərməyib.

Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp administrasiyasının təzyiqi nəticəsində TikTok-un sözügedən ölkədə ya yeni bir sahibi olmalı, ya da platforma qadağan edilməlidir.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bundan əlavə, TikTok-un ana şirkəti olan "ByteDance"ın Microsoft və Oracle şirkəti tərəfindən alınması ilə bağlı da danışıqlar aparılır. Həmçinin məlum olub ki, bu həftənin əvvəlində TikTok şirkəti Donald Tramp administrasiyasını məhkəməyə verib. Səbəb isə şirkətin ABŞ-da son müddəti bitmədən əngəlləməsinin qarşısının alınmasıdır. Hazırda TikTok-un bazar dəyəri kifayət qədər geniş miqyasda 10-50 milyard dollar arasında qiymətləndirilir. Bu, xidmətin siyasi təzyiq altında olması və həssas vəziyyətə düşməsi ilə əlaqədardır.


Etiketlər:  Netflix TikTok satın almaqdan imtina etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ