Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2020 22:12
Bildiyimiz kimi, epidemiyaya görə insanlar evdən işləməyə başladı. Bu da nəticədə YouTube-da ləngimələrə səbəb oldu. Bu çərçivədə YouTube kanal qaydalarına uyğun olmayan videoları silməyə başladı.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, YouTube tərəfindən edilən paylaşıma görə, aprel-iyun aylarında 11.4 milyon video silinib. Bu videoların böyük əksəriyyəti - 10.85 milyonu heç bir insanın müdaxiləsi olmadan, avtomatik olaraq çıxarılıb.
Silinən videolardan 3,8 milyonu uşaqların təhlükəsizliyi, 3,2 milyonu spam və ya fırıldaqçılıq, 1,7 milyon çılpaqlıq və ya cinsi məzmun təşkil etdiyi üçün, 1,2 milyon zorakılığa görə silinib.