Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan yığmasının iki oyunu təxirə salınıb

Azərbaycan yığmasının iki oyunu təxirə salınıb

Tarix: 31 Avqust 2020 18:48

Bakı. Trend:

Azərbaycan millisinin qadınlardan ibarət futbol komandaları arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilməsi nəzərdə tutulan iki oyunu təxirə salınıb.

Trend AFFA-ya istinadla xəbər verir ki, sentyabrın 16-da və 22-də keçirilməli olan Azərbaycan – Moldova və Azərbaycan – İspaniya qarşılaşmaları COVID-19 pandemiyası ilə əlaqədar müvafiq milli assosiasiyalar arasında qarşılıqlı razılaşma və UEFA-nın qərarı əsasında gələn ilə təxirə salınıb.

Qarşılaşmaların 2021-ci ilin fevralında keçirilməsi nəzərdə tutulub.


Etiketlər:  Azərbaycan yığmasının oyunu təxirə salınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ