Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sony” şirkəti üç il əvvəlin prosessoru ilə təchiz edilmiş smartfonunu təqdim edib

“Sony” şirkəti üç il əvvəlin prosessoru ilə təchiz edilmiş smartfonunu təqdim edib

Tarix: 1 Sentyabr 2020 07:12

"Sony" şirkəti ötənilki "Xperia 10" qurğusunun korpusunda, amma təkmilləşdirilmiş kameralardan ibarət yeni "Xperia 8 Lite" smartfonunu təqdim edib.
 
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Xperia 8 Lite" smartfonu üç il əvvəlin prosessoru, 14 nm-lik "Qualcomm Snapdragon 630" prosessoru, 4 QB əməli yaddaş və 64 QB daxili yaddaşla təchiz edilib.
 
Smartfon FHD+ təsvir ölçülü 6 düymlük maye kristal ekrana malikdir.
 
Arxa paneldə iki kamera yerləşdirilib: 12 mp-lik (f/1.8) əsas və 8 mp-lik (f/2.4) telefoto. Selfi kameranın təsvir ölçüsü 8 mp-dir (f/2.0).
 
Bundan başqa, aparat 2870 milliamper/saat tutumlu akkumulyator,  USB-C portu və 3,5 mm-lik audio konnektora malikdir.
 


Etiketlər:  Sony şirkəti üç əvvəlin prosessoru ilə təchiz edilmiş smartfonunu təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ