Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məhkəmə həbsdə olan dünya çempionuna bəraət verdi

Məhkəmə həbsdə olan dünya çempionuna bəraət verdi

Tarix: 2 Sentyabr 2020 11:24

Bakı. Samir Əli - Trend:

Binəqədi rayon Məhkəməsində vəzifə saxtakarlığında iştirakda və sübutları saxtalaşdırmada təqsirləndirilən kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E. Məcidova bəraət verilib.

Prokuror məhkəmənin qərarından apellyasiya protesti versə də, Bakı Apelyasiya Məhkəməsi Binəqədi rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, E. Məcidov 2018-ci ildə qayınatasını döyməkdə ittiham edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ehram Məcidov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Etiketlər:  Məhkəmə həbsdə olan dünya çempionuna bəraət verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ