Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli Məclisdə ''Uşaq pulu'' ilə bağlı işçi qrup yaradılmayıb - RƏSMİ

Milli Məclisdə ''Uşaq pulu'' ilə bağlı işçi qrup yaradılmayıb - RƏSMİ

Tarix: 2 Sentyabr 2020 19:30

Son günlər bəzi kütləvi informasiya vasitələrində Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimliyə istinadən parlamentin payız sessiyasında "uşaq pulu" məsələsinin müzakirəyə çıxarılacağına dair məlumatlar yayımlanıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən xəbər görə, məlumatda qeyd olunub ki, guya bir müddət öncə Milli Məclisin sədri Sahibə Qafarova "uşaq pulu"nun bərpasının müzakirəsi üçün parlamentdə işçi qrupun yaradılması barədə göstəriş verib: "Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi olaraq bildiririk ki, ictimaiyyətə təqdim edilən bu məlumat həqiqətə uyğun deyil və heç bir əsası yoxdur".


Etiketlər:  Milli Məclisdə Uşaq pulu ilə bağlı işçi qrup yaradılmayıb RƏSMİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ