Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Peruda karantin qaydalarını pozan klounlar saxlanılıb

Peruda karantin qaydalarını pozan klounlar saxlanılıb

Tarix: 2 Sentyabr 2020 20:40

Bakı. Trend:

Peruda pandemiya dövründə kütləvi toplanma qaydalarını pozduqlarına görə 8 kloun saxlanılıb.

Trend-in məlumatına görə, klounlar bir müddət əvvəl koronavirusdan ölmüş həmkarlarının xatirəsinə tamaşa təşkil edib.

Polis əməkdaşları klounlara pandemiya dövründə lazımi təhlükəsizlik qaydalarına əməl etmədiyini bildirərək onları yaxınlıqdakı polis bölməsinə aparıblar.

Qeyd edək ki, Peru Cənubi Amerikada Braziliyadan sonra koronavirusdan əziyyət çəkən ikinci ölkədir. Bu günədək ölkədə 29 mindən çox şəxs virusdan ölüb.


Etiketlər:  Peruda karantin qaydalarını pozan klounlar saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ