Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sumqayıtda itkin düşən azyaşlının axtarışına başlanılıb

Sumqayıtda itkin düşən azyaşlının axtarışına başlanılıb

Tarix: 3 Sentyabr 2020 00:36

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə bu gün axşam saatlarında Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə naməlum şəraitdə itkin düşən 2010-cu il təvəllüdlü Davudov Yusif Bəhlul oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ilkin olaraq, Sumqayıt Regional Mərkəzinin xilasetmə qrupu və polis əməkdaşlarının iştirakı ilə Y.Davudovun itkin düşdüyü ehtimal olunan ərazidə axtarış işlərinə başlanılıb. Uşağın Samur-Abşeron kanalına düşməsinə əsaslı şübhələr yarandığından Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.


Etiketlər:  Sumqayıtda itkin düşən azyaşlının axtarışına başlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ