Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2020 20:40
Poco brendinin yeni smartfon modeli barəsindəki məlumat sızıntılarından sonra onun təqdimat tarixi rəsmi olaraq elan edildi. Poco brendi təqdimat tarixinin posterini təqdim edərək smartfonun özəlliklərindən birini də açıqlamış oldu. Bu barədə Gizmochina saytı xəbər verib. Beləliklə brendin təqdim etmiş olduğu posterə əsasən Poco X3 smartfon modeli 7 sentyabr tarixində təqdim olunacaq.
Posterdə əks olunmuş məlumata əsasən Poco X3-ün əsas özəlliklərindən biri də onun kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC modula sahib olacağıdır. Əvvəlki məlumat sızıntılarına əsasən sözügedən smartfon yeni Snapdragon 732G prosessorunu əldə edəcək ilk smartfon modeli olacaq. Bununla yanaşı gözləntilərə əsasən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.67 düym ekran, 20 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5160 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır.