Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Samsung” ucuz “5G” smartfonu, ucuz planşet və fitnes-bilərzik təqdim edib

“Samsung” ucuz “5G” smartfonu, ucuz planşet və fitnes-bilərzik təqdim edib

Tarix: 5 Sentyabr 2020 08:52

Bütün qabaqcıl qurğularını təqdim edən "Samsung" şirkəti daha əlçatan  modellərini elan edib.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Galaxy A42" şirkətin beşinci nəsil şəbəkələrini dəstəkləyən ən ucuz smartfonu olmalıdır. Aparat ön kamera üçün kəsiyə malik 6,6 düymlük "Super AMOLED" displeyi, 48 mp-lik əsas sensora malik kvadrokamera və ekranın altında barmaq izləri skaneri ilə təchiz edilib.
 
"Galaxy Tab A7" planşeti 2000x1200 piksel təsvir ölçülü 10,4 düymlük TFT ekranla təchiz edilib. Qurğuya maksimal tezliyi 2 QHs olan 8 nüvəli prosessor, 3 QB əməli yaddaş, 32 və ya 64 QB-lıq daşıyıcı, 7040 milliamper/saat tutumlu akkumulyator və həcmli səslənməni təmin etmək üçün 4 dinamik quraşdırılıb, "microSD" yaddaş kartı dəstəklənir.
 
"Galaxy Fit 2" - "Samsung" şirkətinin bükülmüş 3D şüşəyə malik AMOLED displey, ürək ritmi sensoru və 159 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilmiş yeni fitnes-bilərziyidir. İstehsalçının bəyanatına görə, sözügedən qurğu istifadə senarisindən asılı olaraq 15-21 gün avtonom işləyə bilər.

Milli.Az


Etiketlər:  Samsung ucuz 5G smartfonu ucuz planşet fitnes bilərzik təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ