Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Əynimə geyinməyə paltar tapmıram, iş-güc də yoxdur'' - Sərxan Kərəmoğlu

''Əynimə geyinməyə paltar tapmıram, iş-güc də yoxdur'' - Sərxan Kərəmoğlu

Tarix: 5 Sentyabr 2020 11:20

Pandemiya mənə bütün günü yatmağı, arvadın "dır-dır"ına qulaq asmağı öyrətdi.

Sonxeber.net xəbər verir ki, bunu yenicag.az-a açıqlamasında aparıcı və şoumen Sərxan Kərəmoğlu deyib.

Çəkisinin artdığını deyən aparıcı əyninə geyinməyə paltar da tapmadığını bildirib:

"Ancaq yatıram, pandemiya yaxşı yatmaq qabiliyyətimi üzə çıxardı. Çəkim də 10 kilo artıb. Paltarlarımın heç biri əynimə olmur. Durub bir iş görüşməsinə, ya tədbirə getsəm, əynimə geyinməyə paltarım yoxdur. Gərək gedib təzəsini alım, geyinim. Hələ iş-güc də yoxdur, oturmuşam evdə".
S.Kərəmoğlu pul da qazana bilmədiyini deyib:

"Əlimdən ancaq o gəlir ki, gedim hansısa tədbir, şou-proqram aparım, pulumu qazanım. Başqa cür pul qazanmaq əlimdən gəlmir. İndi o tədbirlər də yoxdur. Gətirib mənə 5 milyon pul versələr ki, get özünə biznes qur, 5 günə o pulun anasını ağladıb, böyrü üstə qoyaram. Çünki biznes adamı deyiləm. Bu sahədən anlayışım belə yoxdur. Ancaq oturub gözləyirəm".


Etiketlər:  Əynimə geyinməyə paltar tapmıram güc yoxdur Sərxan Kərəmoğlu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ