Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2020 20:21
Koronavirusa qarşı tibbi maskaların hansı yaşdan istifadə olunmasına dair tövsiyələr açıqlanıb.
Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu nun (UNICEF) tövsiyələrinə görə, pandemiya ilə əlaqədar 5 yaşdan kiçik uşaqlara maska taxılması tələb olunmamalıdır. Qeyd olunub ki, bu, uşağın təhlükəsizliyinə, ümumi maraqlara, eləcə də maskanı lazımi qaydada istifadə etmək qabiliyyətinə əsaslanır. ÜST və UNİCEF 6-11 yaşlarında olan uşaqlar üçün bir neçə amili nəzərə almağı tövsiyə edir. Məlumata görə, burada söhbət maskanı etibarlı və düzgün istifadə etmək, virusun yayılması səviyyəsindən gedir.
Təşkilatlar maskanı 12 yaşdan yuxarı uşaqlarən maskadan istifadəsini tövsiyə edir.