Tarix: 6 Sentyabr 2020 20:48
“Yuventus”un sabiq baş məşqçisi Massimiliano Alleqri Niderland millisini çalışdıra bilər.
Qol.az “Sky Sports İtalia”ya istinadən xəbər verir ki, Niderland Futbol Federasiyası italiyalı mütəxəssisə rəsmi təklif göndərib.
Hollandlar Ronald Kumanın “Barselona”ya gedişindən sonra millinin boş qalan baş məşqçi vəzifəsinə Alleqrini gətirmək istəyir. Ancaq onun bu təklifə cavab verməyə tələsmədiyi bildirilib. Alleqrinin klubda çalışmaq istədiyi qeyd olunub.
Alleqri ötən il “Yuventus”dan ayrıldıqdan sonra işsizdir.