Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2020 07:16
"15 sentyabrda Bilik günü ilə bağlı heç bir kütləvi tədbirin keçirilməsi nəzərdə tutulmayıb. Pandemiya şəraitində bu, mümkün deyil".
Sonxeber.net xəbər verir ki, bunu news24.az-a açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.
Nazirliyin sözçüsü qeyd edib ki, bu il 650 mindən çox şagird ibtidai siniflərdə tədris prosesinə qoşulacaq:
"Azərbaycanda şagirdlərin 10 faizinə qədəri rus dili üzrə təhsil alır. Təxminən 1 milyon 600 min şagirddən söhbət gedir. 90 faiz şagird isə Azərbaycan dili üzrə təhsil alır".