Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Azərbaycan yaxşı rəqibdir” – kiprli futbolçu

“Azərbaycan yaxşı rəqibdir” –  kiprli futbolçu

Tarix: 7 Sentyabr 2020 15:20

“Müsbətlərin mənfilərdən çox olduğu bir oyundan çıxmışıq. Nəticədən məyus olsaq da, uduzduğumuz oyunda müsbət məqamlar çox idi".

Qol.az xəbər verir ki, bu sözləri Kipr millisinin futbolçusu Konstantinos Laifis Millətlər Liqasının 1-ci turunda Monteneqroya uduzduqları (0:2) oyunu dəyərləndirərkən deyib.
 
Belçikanın "Standard" klubunun üzvü sabah millimizlə keçiriləcək oyun haqda da danışıb: “Azərbaycan yaxşı rəqibdir. Sabaha qədər onlar barədə bacardığımız qədər məlumat toplamağa çalışacağıq. Əminəm ki, gənclərimizlə güclü Kipr yığması quracağıq”.

Qeyd edək ki, sabah Nikosiyada keçiriləcək Kipr – Azərbaycan oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq.

 


Etiketlər:  Azərbaycan yaxşı rəqibdir kiprli futbolçu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ